Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsində çağırışçı gənclərin hərbi xidmətə təntənəli yola salınması ilə əlaqədar tədbir keçirilmişdir
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsində çağırışçı gənclərin hərbi xidmətə təntənəli yola salınması ilə əlaqədar tədbir keçirilmişdir
09 oktyabr 2017-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsində çağırışçı gənclərin hərbi xidmətə təntənəli yola salınması ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Təntənəli yolasalma mərasimində çıxış edən rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov hərbi xidmətə yola salınan gəncləri təbrik edərək dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda, gənclərin bir şəxsiyyət kimi formalaşmasında milli ordumuzun əhəmiyyətindən söz açmış, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təmin edilməsində Azərbaycan Ordusunun müstəsna rolundan danışmışdır. Sonra çağırışçılara rayon İcra hakimiyyətinin başçısı tərəfindən hədiyyələr təqdim olunmuşdur.
Sonda çağırışçı gənclər Azərbaycanın Dövlət Bayrağını öpərək, müqəddəs “Qurani-Kərim”in altından keçib, ruh yüksəkliyi ilə ordu sıralarına yola düşdülər.