Qarabağlı kəndində Çörək sexi və ticarət mərkəzi istifadəyə verildi
Qarabağlı kəndi Salyan rayonunun ən böyük yaşayış məntəqələrindən biridir. Burada çoxlu sənaye, aqrar, səhiyyə, mədəniyyət və digər sahələri əhatə edən obyektlər fəaliyyət göstərir. Son zamanlar Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində kənddə özəl sektorun inkişafı üçün daha münbit şərait yaranmış, nəticədə infrastruktur genişlənmiş, yeni iş yerləri açılmışdır.
20 fevral 2013-cü il tarixdə rayonun Qarabağlı kəndində "İlkin-N" MMC tərəfindən inşa edilmiş "Dərələyəz" ticarət mərkəzi və çörək sexi istifadəyə verilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı T.Kərimov, rayon İcra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinlərinin iştirak etmişlər.
Tədbirdə çıxış edən Salyan rayon İcra hakimiyyətinin başçısı Tahir Kərimov 22 nəfərin çalışacağı ticarət mərkəzi və çörək sexinin istifadəyə verilməsini möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsi kimi qiymətləndirmiş, ölkəmizdə özəl sektorun inkişafına yaradılan şəraitdən danışmış, kənd ictimaiyyətini bu münasibətlə təbrik etmişdir. Ticarət mərkəzinin və çörək sexinin fəaliyyətə başlamasını bildirən qırmızı lent kəsilmiş, qonaqlar və kənd sakinləri yeni obyektin işi ilə tanış olmuşlar.