Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Salyan rayonuna səfəri ilə əlaqədar müşavirə keçirilmişdir.
25 sentyabr 2017 | 16:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
Salyan rayonuna səfəri ilə əlaqədar müşavirə keçirilmişdir.
25 sentyabr 2017-ci il tarixində Salyan rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prerzidenti cənab İlham Əliyevin Salyan rayonuna səfəri ilə bağlı geniş tərkibdə müşavirə keçirilmişdir. Müşavirədə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatlar və ictimaiyyət nümayəndələri iştirak etmişdir. Müşavirədə çıxış edənlər Salyan rayonuna göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.