Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir

06 sentyabr 2017 | 16:00

Rayonda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir

 

     06 sentyabr 2017-ci il tarixində Heydər Əliyev Mərkəzində Salyan rayon Təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsilin İnkişafı Proqramları şöbəsinin keyfiyyətin təminatı sektorunun müdiri Almaz Əsgərova, məktəb direktorları, qabaqcıl pedaqoqlar və ictimaiyyətin nümayəndələri iştirak etmişdir. Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsini ziyarət etmiş, abidə önünə gül-çiçək dəstələri düzmüşlər. Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Rayon Təhsil şöbəsinin müdiri Xudaverdi Piriyev «2016-2017-ci tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr» mövzusunda geniş məruzə ilə çıxış etmişdir.

     Sonra məruzə ətrafında çıxışlar olmuşdur. Çıxış edənlər qazanılan uğurlara, təhsil sahəsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər. Tədbirdə 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan məzunlara və bir qrup qabaqcıl müəllimə rayon İcra hakimiyyəti başçısının Fəxri fərmanı və qiymətli hədiyyələr təqdim olunmuşdur. Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsilin İnkişafı Proqramları şöbəsinin keyfiyyətin təminatı sektorunun müdiri Almaz Əsgərova konfransda çıxış edərək rayon təhsil işçilərinin qazandığı nailiyyətlərindən və yeni dərs ilində qarşıda duran vəzifələrdən danışmış, yeni tədris ilinin başlanması münasibətilə bütün təhsil işçilərini təbrik etmişlər.

     Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanmışdır.

 

Keçidlər