Şriftin ölçüsü :

Saytın rəngi :

Pambıq yığımı ilə əlaqədar yaradılmış rayon qərargahının iclası keçirilmişdir

05 sentyabr 2017 | 16:00

Pambıq yığımı ilə əlaqədar

yaradılmış rayon qərargahının iclası keçirilmişdir

 

     Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyri-neft sektorunun inkişaf etdirilməsinə dair  tapşırıqların icra edilməsi ilə əlaqədar və pambıq yığımı ilə bağlı yaradılmış rayon qərargahının geniş iclası keçirilmişdir. Müşavirədə RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafizə orqanlarının,  aqrar sektorda çalışan idarə və müəssisələrin, pambıq zavodunun və qəbul məntəqələrinin rəhbərləri, RİH başçısı yanında inzibati ərazi nümayəndələri, bələdiyyə sədrləri, pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri iştirak etmişlər.

     Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkə iqtisadiyyatının, xüsusən qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində müəyyən etdiyi tapşırıqların həyata keçirilməsi rayonumuzda da lazımi səviyyədə təşkil edilmişdir. Ölkə başçısının tapşırığına əsasən, bu il 7.052 hektar sahədə pambıq əkilmişdir. Hər hektardan 20 sentner olmaqla 14 min ton məhsul istehsal etmək gözlənilir. Ən başlıca vəzifə pambıq yığımına mütəşəkkil başlamaq, gözlənilən nəticəyə qısa müddətdə nail olmaqdır. RİH başçısı qeyd etmişdir ki, bu məqsədlə rayonda qərargah yaradılmışdır və qarşıya çıxan həlli vacib məsələlər operativ surətdə icra ediləcəkdir.

     Müşavirədə rayon kənd təsərrüfatı idarəsinin rəisi Tariyel Atamalıyev, "MKT-İK" Salyan filialının direktoru Akif Hüseynov, "ÇTZ-Aqro" MMC-nin direktoru Səxavət Səmədov,  RİH başçısının Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi  Qənbər Həsənov, Şorsulu bələdiyyəsinin sədri Famil Məmmədov, "Zöhrab" kəndli-fermer təsərrüfatının rəhbəri Emin Mirzəyev, "Aqrarkreditbank" Salyan filialının direktoru Vaqif İslamov və başqaları çıxış etmişlər. Qeyd edilmişdir ki, indiyə kimi pambıq əkilmiş sahələrdə becərmə işləri demək olar ki, başa çatmış, pambıq yığımına start verilmiş, pambıq qəbulu məntəqələri tam hazır vəziyyətə gətirilmişdir.

     Artıq yığım qrafiki tərtib edilmiş, məhsulu maşınla yığılacaq sahələr müəyyənləş-dirilmiş, yığımda iştirak edəcək texnikalar komplektləşdirilmiş və start xəttinə gətirilmişdir. Yığım zamanı əlavə texnikanın cəlb edilməsi üçün işlər davam etdirilir.

     Müşavirədə ötən il pambıq yığımı mövsümündə yol verilmiş nöqsanlar bir daha xatırlanmış, yetişdirilmiş bol məhsulun vaxtında yığılması bir vəzifə kimi qarşıya qoyulmuş, yığıma cəlb edilmiş könüllü köməkçilər üçün nəzərdə tutulan əmək haqlarının gecikdirilmədən ödənilməsinin vacibliyi qeyd edilmişdir.

     RİH başçısı Sevindik Hətəmov Azərbaycan Prezidenti İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin Salyan rayonunun aqrar sektorunda çalışan insanları tərəfindən  uğurla icra olunacağına əminliyini bildirmiş və mövsümdə iştirak edəcək bütün insanlara uğurlar arzulamışdır.

 

 

Keçidlər