Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda seminar-müşavirə keçirilmişdir.

30 may 2017 | 16:00

30 may 2017-ci il tarixində saat 10:30-da Salyan rayon Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda seminar-müşavirə keçirilmişdir. Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri qoymuşlar. Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Fitnə” sənədli filmi nümayiş etdirilmiş və çıxışlar olmuşdur. 
Müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, Baş Prokurorluğun nümayəndəsi Novruz Hacıyev, Daxili İşlər Nazirliyinin nümayəndəsi Oqtay Tağiyev, Şirvan şəhərinin, Salyan, Sabirabad, Saatlı və Neftçala rayonlarının hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar, ictimaiyyət nümayəndələri və rayonun din xadimləri iştirak etmişdir.

Keçidlər