Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda Hemodializ şöbəsi istifadəyə verildi

23 fevral 2013 | 16:00

13 fevral 2013-cü il tarixdə Salyan Rayon Mərkəzi Xəstəxanasında yeni hemodializ şöbəsi istifadəyə verilmişdir. Bu məqsədlə xəstəxanada keçirilən tədbirdə burada quraşdırılmış 10 ədəd yeni hemodializ aparatlarının işinə baxış keçirilmişdir. Yeni zalda gün ərzində 30 xəstəyə xidmət etmək mümkündür. Şöbənin xidmətlərindən vaxtilə Şirvan şəhərinə və digər yerlərə gedən Salyanın və Neftçalanın böyrək çatışmazlığından əziyyət çəkən xəstələri istifadə edəcəklər.
Tədbirdə çıxış edən Salyan rayon İcra hakimiyyətinin başçısı Tahir Kərimov yeni şöbə ilə tanış olmuş, burada müalicə olunan xəstələrlə, həkim personalı ilə söhbət etmişdir. Sonra rayon mərkəzi xəstəxanasının həkim və tibb işçiləri qarşısında çıxış edən RİH başçısı Tahir Kərimov son dövrdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin respublikamızda, o cümlədən Salyan rayonunda tibb sahəsində istifadəyə verilən yeni obyektlər, həmçinin tikilməkdə olan ağciyər xəstəlikləri, regionlararası ruhi xəstəxanada işlərin gedişi barədə danışmışdır.
Çıxış edənlər yeni hemodializ şöbəsinin istifadəyə verilməsi münasibətilə ölkə başçısı cənab İlham Əliyevə öz dərin təşəkkürlərini bildirmiş, həmçinin vurğulamışlar ki, səhiyyənin inkişafına dair dövlət proqramlarının həyata keçirilməsi üçün bundan sonra var qüvvələri ilə çalışacaqlar.

Keçidlər