Rayonda Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş idarə, müəssisə və təşkilatlar arasında mini futbol üzrə rayon turnirinə start verilmişdir.
02 may 2017- ci il tarixində Salyan Olimpiya İdman Kompleksində Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş idarə, müəssisə və təşkilatlar arasında mini futbol üzrə rayon turnirinin açılış mərasimi keçirilmişdir. Turnirdə rayonun idarə, müəssisə və təşkilatlarından ibarət 8 komanda yarışacaqdır. İlk turda rayon Polis şöbəsinin komandası ilə “N” saylı hərbi hissənin komandaları qarşılaşmış və gərgin keçən oyun 2:2 hesabı başa çatmışdır.
Hər qrupda dörd komanda olmaqla iki qrupda keçirilən turnir 10 may 2017-ci il tarixində başa çatacaqdır.Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələri iştirak etmişdir.