Rayonda Çernobıl qəzasının 31-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir
26 aprel 2017 | 16:00
26 aprel 2017-ci il tarixində Salyan rayon İcra hakimiyyətinin konfrans zalında Çernobıl qəzasının 31-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı çıxış etmiş, Çernobıl qəzasında vəfat edənlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunmuşdur. Sonra Çernobıl iştirakçıları çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə öz minnətdarlıqlarını bildirmişlər.