31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Salyan rayonunda tədbir keçirilmişdir.
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Salyan rayonunda tədbir keçirilmişdir.
1918-ci il martın 30-da Bakıda gecədən başlayıb aprelin 2-dək davam edən kütləvi qırğınlarda minlərlə günahsız insan, o cümlədən çox sayda qoca, qadın və uşaq öldürülüb. Mart soyqırımı paytaxtda və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən qəddarlıqla həyata keçirilib. Rəsmi mənbələrə görə, soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, 10 minlərlə insan itkin düşüb. "Azərbaycanlıların soyqırımı haqqında" Azərbaycan Respublıkası Prezidentinin 26 mart 1998-ci il tarixli fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Respublikamızın bütün bölgələrində olduğu kimi Salyan rayonunda da “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar Salyan rayonunda tədbir keçirilmişdir.Tədbir iştirakçıları “31 Mart soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidə-kompleksi”ni, həmvətənlərimizin soyqırımının qarşısının alınmasında erməni işğalçıları ilə vuruşaraq qəhrəmancasına həlak olmuş və şəhər qəbristanlığında dəfn olunmuş türk əsgər, zabitlərinin məzarlarını ziyarət etmiş, önlərinə gül-çiçək dəstələri qoymuşlar.