Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda 2012-ci ilin yekunları müzakirə olunmuşdur

16 fevral 2013 | 16:00

14 fevral 2013-cü il tarixdə Salyan rayon İcra hakimiyyətində 2012-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunları və 2013-cü ildə qarşıda duran vəzifələrlə əlaqədar hesabat yığıncağı keçirilmişdir. Yığıncaq iştirakçıları ilk öncə Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar hesabat məruzəsi ilə çıxış etmişdir.
Məruzə ətrafında  çıxışlarda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün bölgələrində olduğu kimi, Salyan rayonunda da “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” uğurla həyata keçirilir, rayonun sosial-iqtisadi həyatı surətlə inkişaf edir. Yığıncaqda həmçinin ayrı-ayrı sahələrdə mövcud olan nöqsanlardan və onların aradan qaldırılması istiqamətində görüləsi işlərdən danışılmışdır. Yığıncaqda Millət vəkilləri Ə.Hüseynov və F.Ağamalı iştirak və çıxış etmişlər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev hesabat yığıncağında çıxış edərək Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı çıxışından, həmçinin «Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışından irəli gələn, qarşıda duran  vəzifələrdən danışmışdır.
Yığıncaqda müzakirə olunan məsələyə dair qərar qətnaməsi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Müraciət qəbul etmişdir.

Keçidlər