Salyan şəhərində Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir.
16 mart 2017-ci il tarixdə Salyan şəhərində Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir.
16 mart 2017-ci il tarixdə Salyan şəhərində xalqımızın ən gözəl bayramı olan, özündə milli-mənəvi dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri əks etdirən Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir.
Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Əliağa Hüseynov və Fəzail Ağamalı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların kollektivləri və rayon ictimaiyyəti iştirak etmişdir. Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov Novruz bayramı münasibətilə rayon sakinlərini təbrik etmiş, hər bir ailəyə ruzi, bərəkət, bol sevinc arzulamışdır. Tədbirdə rayon rəhbərliyi və qonaqlar meydanda təşkil edilmiş xalq tətbiqi sənət nümunələrindən ibarət sərgilərə baxmış, el pəhləvanının nümayiş etdirdiyi çox mürəkkəb və çətin nömrələrini izləmiş, rayonun milli mətbəx və folklor nümunələri ilə tanış olmuşlar. Meydana novruzun personajları olan Kosa və Keçəlin daxil olması alqışlarla qarşılanmışdır. Ulu Dədə Qorqud və Bahar qız qəlblərə sevinc, fərəh və təravət gətirən Novruz bayramı münasibətilə rayon sakinlərini təbrik etmişdir.
Bayram tədbiri rayon mədəniyyət və incəsənət ustalarının, rəqqasların rəngarəng konsert proqramları ilə davam etdirilmişdir.