Rayonun “Şəhidlər” xatirə kompleksində Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir
Rayonun “Şəhidlər” xatirə kompleksində Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir
25 fevral 2017-ci il tarixində rayonun “Şəhidlər” xatirə kompleksində Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Xocalı faciəsində həlak olan həmvətənlərimizin xatirəsini yad etmək üçün keçirilən tədbirdərayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, Milli Məclisin deputatı Əliağa Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə təşkilatlar və ictimaiyyətin nümayəndələri iştirak etmişdir. Tədbir iştirakçıları “Şəhidlər” xatirə kompleksində "Əsgər anası" və Azərbaycanın Milli Qəhrəmanı Nazim Babayevin abidələrini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüş, Azərbaycanın ərazi bütövlüyü uğrunda, o cümlədən Xocalıda şəhid olan həmvətənlərimizin unudulmaz xatirəsi qarşısında ehtiramla baş əymişlər. Tədbirdəşagirdlərin ifasında ədəbi-bədii kompozisiya səsləndirilmişdir.