Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar “Xocalı XX əsrin faciəsidir” adlı tədbir keçirilmişdir
Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar “Xocalı XX əsrin faciəsidir” adlı tədbir keçirilmişdir.
23 fevral 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar “Xocalı XX əsrin faciəsidir” adlı tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri,idarə, müəssisə və təşkilatların rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak etmişdir. Tədbirdə çıxışlar olmuş, şagirdlərin ifasında ədəbi-bədii kompozisiya səsləndirilmiş, faciənin dəhşətlərini əks etdirən rəsm sərgisi və videoçarx nümayiş olunmuşdur.
Xocalı sakini, faciənin canlı şahidi olan Təyyar Rzaquluyev həmin gecə ermənilərin və 366-cı motoatıcı alayın törətdiyi vəhşiliklərdən danışaraq, Xocalıda baş verən həmin hadisələrə ilk dəfə hüquqi-siyasi qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verildiyini vurğulamışdır.