Salyan rayon İcra hakimiyyətinin 2016-ci ilin sosial- iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrlə əlaqədar hesabat yığıncağı keçirilmişdir
Salyan rayon İcra hakimiyyətinin 2016-ci ilin sosial- iqtisadi
inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrlə
əlaqədar hesabat yığıncağı keçirilmişdir
09 fevral 2017- ci il tarixində rayon Heydər Əliyev Mərkəzində “Salyan rayon İcra hakimiyyətinin 2016-cı ilin sosial- iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələr”lə əlaqədar hesabat yığıncağı keçirilmişdir.
Tədbir iştirakçıları öncə Ümummilli liderimiz Heydər Əliyev adına Parkda Ulu Öndərin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər. Sonra Heydər Əliyev Mərkəzində rayonun sosial-iqtisadi inkişafını əks etdirən guşə, kənd təsərrüfatı və rayonda istehsal olunan sənaye məhsullarından ibarət sərgiyə baxış keçirilmişdir. Hesabat yığıncağında rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov geniş hesabat məruzəsi ilə çıxış etmişdir. Sonra sahibkarlar, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyətin nümayəndələri məruzə ətrafında çıxışlar etmişlər. Hesabat yığıncağında müzakirə olunan məsələyə dair qərar və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.
Yığıncaqda Azəbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçısı İbrahim Mustafayev, Milli Məclisin deputatları Əliağa Hüseynov və Fəzail Ağamalı iştirak və çıxış etmişdir.