Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayon İcra hakimiyyəti başçısının “2 Fevral - Gənclər günü” ilə əlaqədar gənclərlə görüşü keçirilmişdir

02 fevral 2017 | 16:00

Salyan rayon İcra hakimiyyəti başçısının “2 Fevral - Gənclər günü” ilə

əlaqədar gənclərlə görüşü keçirilmişdir

     02 fevral 2017-ci il tarixində rayon İcra hakimiyyətində “2 Fevral - Gənclər günü” ilə əlaqədar rayon İcra hakimiyyəti başçısı cənab S.Hətəmovun gənclərlə görüşü keçirilmişdir. Tədbirdə  hüquq-mühafizə orqanlarının rəhbərləri,rayonun idarə, müəssisə və təşkilatlarında çalışan gənclər,ali və orta ixtisas təhsil müəssisələrində oxuyan tələbələr iştirak etmişdir. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri qoymuşlar. 
     Rayon İcra hakimiyyətinin konfrans zalında davam etdirilən tədbirdə çıxış edən rayon İcra hakimiyyətinin başçısı cənab S.Hətəmov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən gənclər siyasətindən danışmışdır. Tədbirdə çıxış edənlər gənclərə göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə öz dərin  minnətdarlıqlarını bildirmişlər.
     Yığıncaqda rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş bir qrup gəncə qiymətli hədiyyələr təqdim edilmişdir.

Keçidlər