Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2016–cı ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir

27 yanvar 2017 | 16:00

Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin

2016–cı ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir

   27 yanvar 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyasının rayon təşkilatının inzibati binasında Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2016–cı ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir.
   Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kamil Əzizov hesabat dövründə görülən işlər barədə ətraflı məlumat vermişdir. Yığıncaqda çıxış edən Salyan rayon İcra hakimiyyətinin başçısı cənab Sevindik Hətəmov hesabat dövründə görülən işləri qənaətbəxş hesab etmiş, əsası Ulu Öndər tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bütün istiqamətlərdə həyata keçirilən siyasi, iqtisadi, sosial sahələrdə yüksəlişdən danışmışdır.
   Görüşün sonunda rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmovmövcud problemləri dinləmiş və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını vermişdir

Keçidlər