Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayounun Marışlı kəndinə mavi yanacaq verilmişdir

19 dekabr 2016 | 16:00

Salyan rayounun Marışlı kəndinə mavi yanacaq verilmişdir
.

     Dövlət başçısının tapşırığına əsasən Salyan rayonunun növbəti yaşayış məntəqəsi-2300 nəfər əhalisi olan Marışlı kəndi mavi yanacaqla təmin olunmuşdur. 468 abonenti olan kəndin təbii qazla təmin olunması məqsədilə 37000 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 468 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

   19 dekabr 2016-cı il tarixində keçirilən açılış mərasimində rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı, diqqət və qayğısı ilə kənd və qəsəbələrin qazlaşdırılmasının  davam etdirildiyini bildirmiş, kəndə təbii qazın verilməsi münasibətlə sakinləri təbrik etmişdir. Tədbirdə çıxış edənlər göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıq etmişlər.

.

Keçidlər