Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Milli Qəhrəmanı Nazim Babayevin doğum günü qeyd olundu

08 fevral 2013 | 16:00

7 fevral 2013-cü il tarixdə Azərbaycanın Milli Qəhrəmanı Nazim Abbas oğlu Babayevin doğum günü qeyd edilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Tahir Kərimov, rayon İcra hakimiyyəti başçısı yanında Şura üzvləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları Milli Qəhrəmanın “Şəhidlər” xatirə kompleksindəki abidəsi önünə gül-çiçək dəstələri qoymuş, öz ehtiramlarını nümayiş etdirmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov xatirə-kompleksində Milli Qəhrəmanın anası L.Babayeva və ailə üzvləri ilə görüşmüş, mənzil-məişət şəraiti ilə maraqlanmış, belə bir igid və cəsur oğul böyütdüyünə görə Laçın anaya minnətdarlığını bildirmişdir.
Sonra tədbir iştirakçıları «Əsgər anası» memorial kompleks önünə gül-çiçək dəstələri düzmüş, Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş həmyerlilərimizin ruhuna rəhmət və dualar səsləndirmişlər.
 

Keçidlər