“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində 17 noyabr 2016-cı il tarixində Salyan rayonun ümumtəhsil məktəblərinin şagirdləri Gəncə-Göygöl-Şəmkir marşrutu üzrə 4 günlük ekskursiyaya yola düşüblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində 17 noyabr 2016-cı il tarixində Salyan rayonun ümumtəhsil məktəblərinin şagirdləri Gəncə-Göygöl-Şəmkir marşrutu üzrə 4 günlük ekskursiyaya yola düşüblər. Noyabrın 17-dən 20-dək davam edəcək maarifləndirici tur-aksiyada rayonun ümumtəhsil məktəblərinin 40 nəfər IX-XI sinif şagirdləri və onların müəllimləri iştriak edirlər.
Aksiya iştirakçıları öncə Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzmüş, sonra isə Heydər Əliyev adına Parkda ağacəkmə kompaniyasında iştirak etmişlər. Sonra məktəblilər qarşısında çıxış edən rayon icra hakimiyyəti başçısı Sevindik Hətəmov maarifləndirici tur-aksiyanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədi ilə həyata keçirildiyini bildirmiş, onlara bu aksiyada uğurlu yol və xoş istirahətlər arzulamışdır.