Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Pənahın anadan olmasının 90 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.

11 noyabr 2016 | 16:00

11 noyabr 2016-cı il tarixdə rayonun Heydər Əliyev Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin (AAB) birgə təşkilatçılığı ilə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Pənahın anadan olmasının 90 illiyinə həsr edilmiş  tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək aşığın həyat və yaradıcılığından geniş söz açaraq, ustadlar-ustadı adlandırılan Aşıq Pənahın 18 aşıq havasının, 2 dastanın ("Sülh", "Pambıqçılar") və 128-ə qədər qoşmanın müəllifi olduğunu diqqətə çatdırıb.
Tədbirdə iştirak edən AAB-nin sədri, Əməkdar Elm Xadimi Məhərrəm Qasımlı XX əsr aşıq sənətinin görkəmli nümayəndələrindən biri olan Aşıq Pənahın təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da tanındığını bildirib.
Aşıq Pənahın əvəzsiz sənətkar, sinədəftər el aşığı olduğunu bildirən Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev Əməkdar Mədəniyyət İşçisi kimi fəxri ada layiq görülmüş aşığın bir çox əsərlərinin indi də ədəbiyyatımızın və musiqi tariximizin qızıl fondunu bəzədiyini diqqətə çatdırıb. Tədbirdə Aşıq Pənahın özünün ifası  və onun 80 illik yubiley tədbirində mərhum Xalq şairi Zəlimxan Yaqubun çıxışı olan videolentlər səsləndirilmişdir.
Görkəmli aşığın xatirəsinə həsr edilmiş tədbirdə incəsənət ustaları, tanınmış aşıqlarla yanaşı, istedadlı gənc aşıqlar aşığın sözlərini saz havası üstündə ifa ediblər.

Keçidlər