Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.

13 oktyabr 2016 | 16:00

       13 oktyabr 2016-cı il tarixində rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi iləNazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında möhtərəm Prezidentimizin nitqindən irəli gələn vəzifələrlə əlaqədar Salyan rayon İcra hakimiyyətinin 2016-cı ilin doqquz ayının sosial- iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilmişdir. Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişdir.
       Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə ilə çıxış etmişdir. Sonra yığıncağda çıxışlar olmuş, qərar layihəsi qəbul edilmişdir.

Keçidlər