Salyan rayonunun Bəşirbəyli kəndinə mavi yanacaq verilmişdir.
Dövlət başçısının tapşırığına əsasən Salyan rayonunun qazlaşdırılması davam etdirilir. Bu gün rayonda mavi yanacaq verilən yaşayış məntəqələri sırasına 1115 nəfər əhalisi olan Bəşirbəyli kəndi də əlavə olunmuşdur. 231 abonenti olan kəndin təbii qazla təmin olunması məqsədilə 25 min 532 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 231 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. Açılış mərasimində rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış etmiş, kənd və qəsəbələrin qazlaşdırılmasını prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən infrastruktur layihələrin davamı olduğunu vurğulamış, kəndə təbii qazın verilməsi münasibətlə sakinləri təbrik etmişdir.
Tədbirdə çıxış edənlər göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıq etmişlər