Rayonda Heydər Əliyev Parkında çağırışçı gənclərin hərbi xidmətə təntənəli yola salınması ilə əlaqədar tədbir keçirilmişdir.
10 oktyabr 2016-cı il tarixində rayonda Heydər Əliyev Parkında çağırışçı gənclərin hərbi xidmətə təntənəli yola salınması ilə əlaqədar tədbir keçirilmişdir.Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbirdərayon İcra hakimiyyətinin başçısı çıxış edərəkmöhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin qayğısı ilə Azərbaycan Ordusunun hazırda regionun ən güclü ordusuna çevrildiyinivəistənilən döyüş tapşırığını yerinə yetirməyə hazırolduğunu bildirmiş, hərbi xidmətə gedən gənclərəuğurlu yollar arzulamışdır.
Tədbirdə çıxış edənlər çağırışçı gəncləri hərbi xidmətə getmələri münasibətilə təbrik etmiş, vətənə borclarını sədaqətlə yerinə yetirərək sağ-salamat ailələrinə dönmələrini arzulamışlar.
Sonra çağırışçılara rayon İcra hakimiyyətinin başçısı tərəfindən hədiyyələr təqdim olunmuşdur.Tədbirin sonunda çağırışçı gənclər Ümummilli Lider Heydər Əlyevin abidəsini ziyarət edib, Azərbaycan Bayrağını öpərək müqəddəs Quranın altından keçib musiqi sədaları altında ordu sıralarına yola düşdülər.