Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda 20 yanvar faciəsinin 23-cü ildönümü qeyd edildi.

21 yanvar 2013 | 16:00

1990-cı il yanvar ayının 20-də Bakıda baş vermiş qanlı faciənin 23-cü ildönümü münasibətilə rayon İcra hakimiyyəti başçısının imzaladığı sərəncamda nəzərdə tutulan tədbirlər planına uyğun olaraq rayonun idarə, müəssisə və təşkilatlarında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, təhsil müəssisələrində silsilə tədbirlər keçirilmiş, 20 yanvar faciəsində Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda həlak olan həmvətənlərimizin xatirələri böyük ehtiramla yad edilmişdir.
20 yanvar 2013-cü il tarixdə keçirilmiş tədbirdə rayon İcra hakimiyyətinin başçısı cənab T.Kərimov, RİH başçısı yanında şuranın üzvləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə-kompleksin önünə gül-çiçək dəstələri düzərək ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini yad etmişlər.
Mərasim iştirakçıları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda şəhid olmuş həmyerlimiz, Azərbaycan Tibb Universitetinin III kurs tələbəsi, Elçin Beydulla oğlu İmanovun məzarını ziyarət etmiş, məzarın önünə gül-çiçək dəstələri düzmüş, şəhidin ruhuna dualar oxumuşlar.
Sonra tədbir iştirakçıları Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olmuş həmyerlilərimizin məzarları önünə gül-çiçək dəstələri düzmüşlər.
Tədbir Salyan Dövlət Kukla teatrında davam etdirilmiş, 20 Yanvar faciəsini əks etdirən “Şəhidlər unudulmur” adlı ədəbi-bədii kompozisiyasına baxış keçirilmişdir.
Həmin gün rayonda matəm əlaməti olaraq dövlət bayraqları endirilmiş, Bakı vaxtı ilə saat 1200-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, avtomobil və qatarlar vasitəsilə səs siqnalları verilmişdir.
 

Keçidlər