Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunun Çadırlı kəndinə mavi yanacaq verilmişdir.

14 iyun 2016 | 16:00

 

   Dövlət başçısının tapşırığına əsasən  Salyan rayonunun qazlaşdırılması davam etdirilir. Bu gün rayonda  mavi yanacaq verilən yaşayış məntəqələri sırasına 1700 nəfərə yaxın əhalisi olan Çadırlı kəndi də əlavə olunmuşdur. 477 abonenti olan kəndin təbii qazla təmin olunması məqsədilə 64 min 193  metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 477 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. Açılış mərasimində rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış etmiş, kənd və qəsəbələrin qazlaşdırılmasını möhtərəm prezident İlham Əliyevin tapşırığı ilə  həyata keçirilən infrastruktur layihələrin davamı olduğunu vurğulamış, 15 İyun Milli Qurtuluş günü və kəndə təbii qazın verilməsi münasibətilə sakinləri təbrik etmişdir. Tədbirdə çıxış edənlər göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıq etmişlər. Sonda tədbir iştirakçıları evlərdə olmuş, mavi yanacağın verilməsinə baxış keçirmişlər.

Keçidlər