Şriftin ölçüsü :

Saytın rəngi :

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin dəstəyi ilə Dövlət Departamenti Katibinin Avropa və Avrasiya Bürosu üzrə köməkçisinin müavini xanım Bay Fanqın Salyan rayonuna səfəri

07 dekabr 2012 | 16:00

6 dekabr 2012-ci il tarixdə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin dəstəyilə Dövlət Departamenti Katibinin Avropa və Avrasiya Bürosu üzrə köməkçisinin müavini xanım Bay Fanq Salyan rayonuna səfər etmişdir. Qonaqlar rayonun görməli yerləri və aparılan tikinti abadlıq işləri ilə tanış olmuş, tikilməkdə olan Heydər Əliyev Mərkəzi və rayon İcra hakimiyyətinin inzibati binasıni, Dövlət Rəsm Qalereyasını, Uşaqların Texniki Yaradıcılıq Mərkəzini, “Kür” otelini kənardan seyr etmişlər. Sonra xanım Bay Fanq Tarix Diyarşünaslıq muzeyində olmuş, rayonun tarixi keçmişi ilə maraqlanmış. Babazanan yaşayış massivində tapılmış e. ə. IX–VIII əsrə aid küp qəbirlər və digər tapıntı nümunələri ilə tanış olmuşdur.
Sonra rayon İcra hakimiyyətinin başçısı cənab T.Kərimov qonaqları qəbul etmiş və söhbət çay süfrəsi arxasında davam etmişdir. Söhbət əsnasında başçı rayonda aparılan tikinti-abadlıq işləri barədə geniş məlumat vermiş və gələcəkdə görüləcək işlərdən danışmışdır. Cənab T.Kərimov Salyan rayonunun rəmzi olan hədiyyəni xanım Bay Fanqa təqdim etmişdir.
Nahar süfrəsindən sonra qonaqlar Salyan Olimpiya Kompleksində idmançıların nümunəvi çıxışlarına baxmışdır. Sonra xanım Bay Fanq Mərkəzləşdirilmiş Kitabxana Sistemində yerləşən Amerika Mərkəzində dinləyicilərlə “Özünü ifadə azadlığının əhəmiyyəti və onun sizin həyatınıza təsir göstərmə yolları” mövzusunda diskussiya aparmışdır.
Tədbirin sonunda dinləyicilərlə birlikdə xatirə şəkli çəkdirilmişdir.
 

Keçidlər