Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda 11 saylı şəhər uşaq bağçasının əsaslı təmirdən sonra açılışı ilə əlaqədar tədbir keçirilmişdir.

13 iyun 2016 | 16:00

   13 İyun 2016-cı il tarixdə Salyan rayonunda 11 saylı şəhər uşaq bağçasının əsaslı təmirdən sonra açılışı ilə əlaqədar tədbir keçirilmişdir.  Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək tədbir iştirakçılarını və rayon ictimaiyyətini Milli Qurtuluş günü münasibətilə təbrik etmiş, 11 saylı şəhər uşaq bağçasının əsaslı təmirdən sonrakı fəaliyyətində uğurlar arzulamışdır. Tədbirdə bağçanın adını daşıyan şəhid Natiq İbrahimovun anası Nazilə İbrahimovaçıxış etmiş, bağçanın əsaslı təmir edilməsinə görə ölkə Prezidentinə öz minnətdarlığını bildirmişdir.

 Sonra rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov bağçanın şəraiti ilə tanış olmuşdur.

Keçidlər