Şriftin ölçüsü :

Saytın rəngi :

«Su təsərrüfatı və Meliorasiya işçiləri günü» münasibətilə tədbir keçirilmişdir.

02 iyun 2016 | 16:00

02 iyun  2016-cı il tarixdə saat 11:00 da Salyan rayonu Heydər Əliyev Mərkəzində  5 iyun – Azərbaycan  Respubilikasında «Su təsərrüfatı və Meliorasiya işçiləri günü» münasibətilə Salyan Suvarma  Sistemləri, Aşağı-Muğan Meliorativ Sistemlərinin  İstismarı, Baş  Mil-Muğan Kollektoru İstismarı və  Melioservis İdarələrinin işçilərinin iştirakı  ilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar.  Tədbirdə  rayon İcra  hakimiyyətinin  başçısı  S.Hətəmov  iştirak və çıxış etmiş, bir sıra qabaqcıl melioratorlara fəxri fərman və qiymətli hədiyyələr təqdim etmişdir.

Keçidlər