Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunun Heydər Əliyev Mərkəzində Dövlət Statistika Komitəsinin təşkilatçılığı ilə zona müşavirəsi keçirilmişdir

16 may 2016 | 16:00

 

     16 may 2016-cı il tarıxdə Salyan rayonunun Heydər Əliyev Mərkəzində Dövlət Statistika Komitəsinin təşkilatçılığı ilə inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin tətbiqinə dair zona müşavirəsi keçirilmişdir

     Müşavirədə Salyan rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, Azərbaycan Respubilkasının Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Azərbaycan Respubilkası Prezidenti Administrasiyasının məsul işçisi İbrahim Mustafayev və Salyan, Sabirabad, Biləsuvar, Hacıqabul və Neftçala rayonlarının yerli icra hakimiyyətinin başçılarının aidiyyəti müavinləri, kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, yerli statistika orqanlarının rəhbərləri, uçot sənədlərinin aparılmasına məsul olan şəxslər iştirak etmişlər.

    Müşavirənin keçirilməsinin başlıca məqsədi Dövlət Statistika Komitəsi tərəfindən hazırlanmış yeni təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi və aparılması ilə bağlı məsul şəxslərin təlimatlandırılmasıdır.
    Müşavirədə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və  Azərbaycan Respubilkası Prezident Administrasiyasının məsul işçisi İbrahim Mustafayev çıxış etmişlər.

Keçidlər