Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Rəşid Rövşən oğlu Mehdiyevin "İgidliyə görə" medalı ailəsinə təqdim olundu.

07 may 2016 | 16:00

07 may 2016-ci il tarixdə saat 12-00-da Heydər Əliyev Mərkəzində erməni qəsbkarları ilə döyüşdə qəhrəmancasına həlak olmuş və “İgidliyə görə” medalı ilə təltif edilmiş (ölümündən sonra) baş leytenant Mehdiyev Rəşid Rövşən oğlunun valideynlərinə medalın təqdim edilmə mərasimi keçirilmişdir.Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, Müdafiə Nazirliyinin mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisinin I müavini polkovnik Abdulla Qurbani, şəhidin valideynləri, xidmət etdiyi hərbi hissənin döyüşçü yoldaşları,hüquq mühafizə orqanları, idarə,müəssisə və təşkilatlar,Böyük Vətən və Qarabağ Müharibəsi veteranları,şəhid ailələri, ziyalılar, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak etmiş,şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.Sonra şəhid Rəşid Rövşən oğlu Mehdiyevin təltif edildiyi «İgidliyə görə» medalı rayon icra hakimiyyətinin başçısı tərəfindən anası Məxburə Mehdiyevaya təqdim edilmişdir.
Tədbirdə çıxış edənlər Baş leytenant Rəşid Mehdiyevin qısa, lakin şərəfli həyat yolundan söz açmış,onun hər zaman igidliyi və cəsurluğu ilə seçildiyini bildirmişlər.
Tədbirdə Salyan rayonu Xələc kəndində anadan  olmuş, Rəşid Mehdiyevin xidmət etdiyi hərbi hissənin tank tağımının komandiri leytenant Elnur Rzayevə  “General Həzi Aslanov” medalı rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təqdim edilmişdir

Keçidlər