Şriftin ölçüsü :

Saytın rəngi :

“Xalqa bağışlanan ömür” adlı tədbir keçirilmişdir

06 may 2016 | 16:00

6 may 2016-cı il tarixində Heydər Əliyev Mərkəzində Salyan rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə “Xalqa bağışlanan ömür” adlı tədbir keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı çıxış etmiş, Ulu Öndərin həyat və fəaliyyəti barədə geniş məlumat vermişdir. Sonra Yeni Azərbaycan Partiyası rayon təşkiklatının sədri Rəşad Cəbrayılov Yeni Azərbaycan Partiyası rayon təşkilatının fəaliyyəti barədə geniş məruzə etmişdir. TədbirdəÜmummilli Lider Heydər Əliyev haqqında hazırlanmış videoçarx nümayiş etdirilmiş və gündəlikdə olan məsələlər ətrafında çıxışlar dinlənilmişdir.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına daxil olan bir qrup gəncə rayon İcra hakimiyyətinin başçısı tərəfindən partiya biletləri təqdim edilmişdir.

Keçidlər