Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun dörd kəndinə mavi yanacaq verildi

12 dekabr 2012 | 16:00

11 dekabr 2012-ci il tarixdə rayonun Parça Xalac, Seyidan, Piratman və Gəncəli kəndlərinə təbii qazın verilməsi ilə bağlı açılış mərasimi keçirilmişdir. Açılış mərasimində rayon İcra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri iştirak etmişlər.
Qeyd olunmuşdur ki, rayonun Parça Xalac, Seyidan, Piratman və Gəncəli kəndlərində olan əhali uzun illər təbii qaz problemi ilə yaşanırdı. Əhalini narahat edən bu problem dövlət proqramı çərçivəsində bu il öz həllini tapdı. Belə ki, 266 abonenti olan Parça Xalac kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 25.063 metr, 23 abonenti olan Piratman kəndinə 5.629 metr, 207 abonenti olan Gəncəli kəndinə 14.278 metr və 187 abonenti olan Seyidan kəndinə isə 24.171 metr müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin sayına müvafiq olaraq sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Ümumilikdə 4 kənd üzrə 69.141 metr uzunluğunda müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 683 abonent qazlaşdırılıb.
Açılış mərasimində çıxış edən kənd sakinləri onlara göstərilən bu qayğıya görə respublika Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdilər. Sonra RİH başçısı Tahir Kərimov kənd sakinlərini bu münasibətlə təbrik edərək ölkə başçısı cənab İlham Əliyevin əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıdan danişdi.
RİH başçısı və qonaqlar qazlaşdırılmış evlərə baxış keçirtdilər.
 

Keçidlər