Şriftin ölçüsü :

Saytın rəngi :

02 may 2016-cı il tarixdə Salyan Olimpiya İdman Kompleksində tədbir keçirilmişdir.

02 may 2016 | 16:00

02 may 2016-cı il tarixdə saat 1100-da Salyan Olimpiya İdman Kompleksində rayon İcra hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş idarə, müəssisə və təşkilatlar arasında futzal üzrə rayon çempionatının açılış mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və Dövlət Bayrağı qaldırılmışdır. İlk olaraq rayonun Polis və Təhsil şöbələrinin komandaları görüşmüş, 6:3 hesabı ilə rayon Polis şöbəsi qələbə qazanmışdır. Sonra oyunlar davam etdirilmişdir. Çempionat may ayının 10-da başa çatacaqdır.

Keçidlər