Salyan rayonunda 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
14 aprel 2016-cı il tarixdə rayon İcra hakimiyyətində 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ümumilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişdir.
Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə ilə çıxış etmişdir. Sonra yığıncağda Salyan Kənd Təsərrüfatı İdarəsinin rəisi T.Ağamalıyev, rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru R.Salmanov, rayon Maliyyə İdarəisinin rəisi vəzifəsini müvəqqəti icra edən S.Rzayev və rayon Elektrik Şəbəkəsinin müdiri Nurəddin Nəcəfov çıxış edərək rayonda görülmüş işlər barədə məlumat vermişlər.