Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid baş leytenant Rövşən Mehdiyev doğulduğu Salyan rayonunun Xələc kəndində torpağa tapşırıldı

05 aprel 2016 | 16:00

Qarabağın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan baş leytenant Rəşid Rövşən oğlu Mehdiyev aprelin 5-də doğulub boya-başa çatdığı kəndin Şəhidlər xiyabanında torpağa tapşırılmışdır. Dəfn mərasimində Salyan rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, Qarabağ müharibəsi veteranları, kənd sakinləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Şəhidlik zirvəsinə ucalan baş leytenant Rəşid Mehdiyev Azərbaycanın Dövlət Himninin sədaları və əsgər yaylım atəşləri altında kənd qəbiristanlığında dəfn edilmişdir. Tabut üzərindəki üçrəngli Azərbaycan Bayrağı əbədi xatirə kimi saxlanılmaq üçün şəhidin atası Rövşən Mehdiyevə təqdim olunmuşdur.
Sonra rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və Milli Məclisin deputatı Əliağa Hüseynov igid həmyerlimizin atası və ailə üzvləri ilə görüşmüş, onlara belə cəsur və igid oğul böyütdüklərinə görə  təşəkkür etmişlər.

 

 

 

Keçidlər