Şriftin ölçüsü :

Saytın rəngi :

04 aprel 2016-cı il tarixdə Salyan rayon İcra hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin keçirdiyi Təhlükəsizlik Şurasının iclası ilə əlaqədar tədbir keçirilmişdir.

04 aprel 2016 | 16:00

Tədbirdə rayon İcra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatlar və ictimaiyyətin nümayəndələri iştirak etmişdir. Tədbir iştirakçıları düşmən təxribatının qarşısı alınarkən şəhid olmuş qəhrəman oğullarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Tədbirdə çıxış edənlər düşmənin təxribatının qarşısının uğurla alındığını qeyd etmiş, yüksəklik və yaşayış məntəqələrinin azad olunmasını ruh yüksəkliyi ilə qarşılandığını vurğulamışlar. Həmçinin, tədbir iştirakçıları cənab Prezidentin torpaqlarımızın azad olunması istiqamətində yeritdiyi siyasəti dəstəklədiklərini bildirmiş, salyanlıların hər zaman onun yanında olduqlarını bəyan etmişlər.
 

Keçidlər