8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd edildi
Salyan rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təntənəli bayram tədbiri keçirilmişdir. Tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarında çalışan, ictimai-siyasi həyatda fəal iştirak edən qadınlar, həmçinin hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. 100 yaşlı Salyan sakini Surə Bədəlovanın tədbirə qatılması iştirakçıların bayram sevincini daha da artırmışdır.
Tədbirdə çıxış edən Salyan rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov qadınlarımızın cəmiyyətimizdəki aparıcı rolundan söz açaraq bildirmişdir ki, bu gün Azərbaycanda ictimai-siyasi sabitlikdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sosial təyinatlı bütün layihələr uğurla icra edilməkdədir. Xalqımızın rifah halı getdikcə yaxşılaşır. Qadınlarımız da dövlətimizin inkişafına öz töhfələrini verməkdədirlər. Ölkəmizdə, o cümlədən rayonda qadınlara göstərilən diqqət və qayğıdan danışan rayon rəhbəri onlara cansağlığı və xöşbəxtlik arzu etmişdir.
Rayon İcra hakimiyyətinin başçısı 8 mart 2016-cı il tarixdə 100 yaşı tamam olan Surə Bədəlovanı təbrik edərək ona qiymətli hədiyyə təqdim etmişdir.
Tədbirdə iştirak edən bütün qadınlara hədiyyələr verilmiş, ictimai həyatda fərqlənən bir qrup fəal qadına fəxri fərman təqdim edilmişdir.