26 fevral 2016-cı il tarixində rayonda Xocalı soyqırımının 24-cü ildonümünə həsr olunmuş tədbir keçirilmişdir.
26 fevral 2016 | 16:00
Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələri Şəhidlər Xatirə kompleksini və Milli Qəhrəman N.Babayevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri qoymuşlar. Sonra tədbir iştirakçıları Rəsm Qalereyasında təşkil olunan Xocalı soyqırımına həsr olunmuş sərgiyə baxış keçirmişlər.