Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən respublikamızın hər yerində olduğu kimi Salyan rayonununda da 2016-cı il fevral ayının 15-dən əhalinin tibbi müayinəsi aparılır.
23 fevral 2016 | 16:00
Tibbi müayinələrin aparılması üçün müxtəlif ixtisaslı həkimlərdən ibarət 4 komissiya yaradılmış,qrafik təşkil edilmişdir.Tibb müəssisələrinə gələ bilməyən yaşlı əhali və xəstələr üçün səyyari həkim briqadaları yaradılmışdır.Salyan RİH-nin başçısı tibbi müayinənin yüksək səviyyədə aparılması üçün tibb müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar vermiş,tibb müəssisələrində zəruri şərait yaradılmışdır.Bu günə kimi 6361 nəfər tibbi müayinədən keçmiş,onlardan 1093 nəfəri ambulator, 17 nəfəri stasionar müalicəyə cəlb edilmiş,19 nəfəri Bakı şəhərinə göndərilmişdir.