Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunun Yeni Uluxanlı kəndinə mavi yanacaq verilmişdir.

18 fevral 2016 | 16:00

Dövlət başçısının tapşırığına əsasən Salyan rayonunun qazlaşdırılması davam etdirilir. Bu gün rayonda  mavi yanacaq verilən  yaşayış məntəqələri sırasına 1200 nəfərdən çox əhalisi olan Yeni Uluxanlı kəndi də əlavə olunub. 227 abonenti olan kənd ilk dəfə qazlaşdırılb və bu məqsədlə birpilləli sistem əsasında  6,5 min metr polietilen, 17,7 min metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. 227 sayğac və fərdi tənzimləyici quraşdırılıb.
  Açılış mərasimində prezident İlham Əliyevin tapşırığı ilə rayonda sosial yönümlü layihələrin uğurla yerinə yetirildiyini bildirən  rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov kənd və qəsəbələrin qazlaşdırılmasını da bunun  əyani nümunəsi kimi səciyyələndirib. Qeyd edib ki, ötən il Salyan rayonunda ümumilikdə 1873 abonenti əhatə edən Salyan şəhərinə, Bəydili, Abadkənd, Sarvan, Kür Qaraqaşlı kəndlərinə mavi yanacaq verilib. Bu istiqamətdə nəzərdə tutulan layihələri diqqətə  çatdıran icra başçısı hazırda daha altı kəndin qazlaşdırılması ilə bağlı işlərin davam etdiyini bildirib.
Çıxış edən ağsaqqallar, ziyalılar göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər. Sonra rayon İcra hakimiyyətinin başçısı hüquq-mühafizə orqanlarının rəhbərləri ilə Milli Qəhərman Nazim Babayevin evində olmuş, anası Laçın Babayeva ilə görüşmüş, yaşayış şəraiti ilə tanış olmuş, lazımi köməkliklərin göstərilməsi üçün müvafiq tapşırıqlarını vermişdir.

 

 

 

Keçidlər