2 fevral Gənclər günü münasibətilə Salyan rayonunda tədbir keçirilmişdir.
Salyan rayon İcra hakimiyyətinin konfrans zalında 2 fevral – Gənclər Gününə həsr olunmuş ümumrayon toplantısında rayonumuzun müxtəlif infrastrukturlarında çalışan gənclər iştirak etmişlər. Tədbir iştirakcıları Ulu öndər Heydər Əliyevin abidəsi önünüə tər gül çiçək dəstələri qoyaraq gənclərin böyük hamisinin xatirəsini yad etmişlər.
Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov yığıncaqda çıxış edərək bildirmişdir ki, ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin əsasında böyüməkdə olan nəslin fiziki-mənəvi, psixoloji cəhətdən sağlam yetişməsi, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə vermələri əsas yer tutur. Gənclərlə bağlı qəbul edilən qanun, fərman və sərəncamlar gənclərin sosial-iqtisadi problemlərinin həllinə yönəlmiş, gənclərin ictimai fəallığının artırılması istiqamətində mühüm rol oynayır. RİH başçısı salyanlı gənclərin keçən il gördüyü işləri təhlil etmiş və qarşıda duran vəzifələrdən söz açmışdır.
Yığıncaqda rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş bir qrup gəncə Fəxri fərmanlar və qiymətli hədiyyələr verilmişdir.