Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyinə həsr olunmuş futbol turnirinin qalibləri mükafatlandırıldı

09 noyabr 2012 | 16:00

8 noyabr 2012-ci il tarixdə Salyan Olimpiya Kompleksində Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi münasibətilə keçirilən futbol turnirinin final görüşü keçirilmişdir. Rayonun Xıdırlı və Aşağı Noxudlu kəndlərinin futbolçularının qarşılaşdığı final oyununda Xıdırlı idmançıları qalib gəlmişlər.
Final oyunundan sonra Salyan rayon İcra hakimiyyətinin başçısı Tahir Kərimov yarışların qalibi olmuş Xıdırlı komandasının üzvlərini qələbə münasibətilə təbrik etmiş, futbolçulara yarışın kubokunu və qızıl medalları təqdim etmişdir.

 

Keçidlər