Şriftin ölçüsü :

Saytın rəngi :

04 dekabr 2015-ci il tarixdə rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə rayon dindarları ilə görüş keçirilmişdir.

04 dekabr 2015 | 16:00

Görüşdə RİH başçısı yanında şura üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak etmişlər.
RİH başçısının birinci müavini Etibar Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə İslam ənənələrəninin inkişafı, dini tolerantlıq, multikulturalizm istiqamətində aparılan işlərdən, həmçinin məscidlərimizin təmiri və tikintisi sahəsində həyata  keçirilən tədbirlərdən danışmışdır. Natiq son günlər Nardaranda baş vermiş məlum hadisələrə münasibətini bildirərək qeyd etmişdir ki, Salyan ictimaiyyəti  “Müsəlman Birliyi Hərəkatı” adlandıran qondarma qürumun təxribatçı əməllərini qətiyyətlə pisləyirlər. RİH başçısının müavini Rəşad Cəbrayılov qədim dini ənənələrə malik Salyanda  dini və ictimai-siyasi mühitin çox sabit olduğunu, belə əməllər üçün rayonumuzda sosial bazanın olmadığını vurğulamışdır.
Azərbaycan Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin məsul işçisi Tural Əliyev, nahiyyə qazisi Hacı Hüsnü,  dindarlardan Hacı Seyfulla,  Hacı Mirqulam, Hacı Mirniyaz, Hacı Bayram, hacı Mirlazım çıxış edərək bildirmişlər ki, Azərbaycanda vətəndaş həmrəyliyi, dini tolerantlıq mövcuddur və bu, bütün dünyaya nümunədir. Ölkəmizdə ictimai-siyasi sabitlik bütün uğurlarımızın əsasıdır və prezident İlham Əliyevin bu sahədə qətiyyətli addımları görüşdə xüsusi vurğulanıb. Lakin bunu həzm edə bilməyən xarici antiazərbaycan qüvvələr Nardaranda baş verən hadisələr kimi vasitələrə əl atır - deyən dindarlar bildirib ki, dövlətin bunu qarşısını almaq üçün atdığı addımlar hamı tərəfindən təqdir edilir. Çünki onların əməlləri din, islamla bir araya sığmır və bu hadisə  xarici dairələrin göstərişi ilə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və qarşıdurma yaratmaq istəyən radikal ekstremistlərin əsl simasını göstərir. Qeyd olunub ki, kimlərinsə əlində  alətə çevrilən bu cinayətkar qrupun əməllərini  ifşa etmək hər kəsin vətəndaşlıq mövqeyi olmalıdır. Sonda rayon dindarları birdaha ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşdiklərini və ölkədə əminamanlığın qorunması yolunda ona dəstək olduqlarını bildirdilər.

Keçidlər