Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının təşkilatı dəstəyilə Salyan rayon Heydər Əliyev mərkəzində “Müstəqil Azərbaycanın inkişafında muasir gənclərin rolu” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

01 dekabr 2015 | 16:00

Dekabrın 1-də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Salyan rayon Heydər Əliyev mərkəzində “Müstəqil Azərbaycanın inkişafında müasir gəncliyin rolu” mövzusunda elmi-praktik konfrans keçirildi.
Yeni Azərbaycan Partiyasının fəalları, gənclər təşkilatları nümayəndələrinin iştirak etdiyi konfransı RİH başçısının müavini, YAP rayon təşkilatının sədri Rəşad Cəbrayılov açmışdır. Natiq əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan Dövlət Gənclər Siyasəti haqqında məlumat vermiş və qeyd etmişdir ki, Azərbaycan gəncliyi həmişə dövlətimizin müstəqilliyinin keşiyində dayanmış, onun inkişafı və çiçəklənməsi üçün daim fəal olmuşdur. Onların potensialının üzə çıxması, layiqli vətəndaş kimi yetişməsi, Azərbaycan xalqının mili-mənəvi dəyərlərini qorumağı bacaran bir nəsil kimi formalaşması ölkəmizin başçısı cənab İlham Əliyev tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir.
Dünyada gedən çox böyük geosiyasi proseslər, müxtəlif məsələlərin həllində lider dövlətlər tərəfindən ikili standatların tətbiqi, radikal dini təmayüllərin inkişaf etməsi müstəqil siyasət yürüdən ölkələrə, xüsusən, müsəlman xalqlarına qarşı təzyiqlərin artması ilə müşahidə edilməkdədir. 
R.Cəbrayılov xüsusi vurğuladı ki, Bakının Nardaran qəsəbəsində bir qrup ekstremistin qanunsuz əməlləri nəticəsində baş vermiş hadisə respublikamızın bütün bölgələrində olduğu kimi, Slalyan rayonunda da etirazla qarşılanıb. Biz Azərbaycandakı ictimai-siyasi sabitliyi, iqtisadi inkişafı, ən başlıcası xalqla dövlətin birliyini istəməyən  xarici qüvvələrin təsiri altına düşərək hərəkət edən  ekstremistlərin ölkəmizdə çaşqınlıq, xaos yaratmaq cəhdlərini qətiyyətlə pisləyirik. Belə hesab edirik ki, Naradaran qəsəbəsində özlərini səlahiyyət sahibləri elan edənlərin dövlət orqanları ilə ultimativ davranışına son qoyulmalıdır. Qəsəbədə qanunlar, hakimiyyət orqanlarının fəaliyyəti qeyd-şərtsiz bərpa olunmalıdır. Nardaran Azərbaycan reallığına qaytarılmalı, bu reallığı qəbul etməyənlərə qarşı isə hüquqi müstəvidə ciddi və sərt tədbirlər görülməlidir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin liderliyi ilə keyfiyyətcə yeni mərhələyə keçən bu siyasətin real nəticələrindən danışan YAP rayon təşkilatı gənclər birliyinin sədr müavini Rəfiqə Ağabəyli, rayon Heydər Əliyev mərkəzinin direktoru Ayşən Ələsgərova, Qızılağac kənd tam orta məktəbinin tarix müəllimi Abas Əliyev, YAP rayon təşkilatı gənclər birliyinin üzvü Lalə Həmzəyeva, şəhər 2 saylı tam orta məktəbin müəllimi Ramella Bədəlova, «İlin ən yaxşı müəllimi» müsabiqəsinin qalibi, şəhər 4 saylı tam orta məktəbin tarix müəllimi Razıgül Dadaşova, Arbatan bələdiyyəsinin üzvü Asudə Kərimova və digər çıxış edənlər bildiriblər ki, ölkə gəncliyi dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub. Onların sağlam, bilikli böyüməsi üçün yeni məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları, idman arenaları istifadəyə verilib.
Müasir gənclik həm də ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, onlar dövlət, bələdiyyə orqanlarında layiqincə təmsil olunub. Elə partiyanın Salyan rayon təşkilatının timsalında da bunu aydın görmək olar. Ayrı-ayrı çıxışlarda milli-mənəvi dəyərlərimizin qorunması, gənc nəslin tarixi köklərimizə bağlılığı, dövlətçiliyimiz və müstəqilliyimizin qorunmasında gənclərin vahid qüvvə kimi səfərbər olması, dövlət idarəçiliyində gənclərin rolunun artırılması  tezisləri xüsusi vurğulandı.
Çıxış edənlərin Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində baş vermiş hadisələrlə bağlı bildirmişlər ki, özünü «Müsəlman birliyi hərəkatı» adlandıran qondarma qurumun ölkəmizin ictimai-siyasi sabitliyinə, tolerantlıq mühitinə, dövlət-din münasibətlərinə, hüquqi demokratik əsaslarına qarşı yönəlmiş pozuculuq fəaliyyətini din pərdəsi altında həyata keçirmək cəhdlərini qətiyyətlə pisləyirlər. Onlar vurğulamışlar ki, bu gün hər bir salyanlı gənc Azərbaycanın dünyadakı qabaqcıl mövqeyindən qürur və iftixar hissləri duyurlar. Xalqımızla birlikdə salyanlılar da möhtərəm Prezidentimiz cənab İlham Əliyevin milli maraqlarımıza xidmət edən uğurlu daxili və xarici siyasətini ürəkdən dəstəkləyir və bu siyasətin qələbəsi uğrunda mübarizədə daim öndə olmaqdan şərəf duyurlar.
Müstəqil Azərbaycanın inkişafı hər bir gəncin ümdə vəzifəsidir,-deyən YAP Gənclər Təşkilatinin sədri Seymur Orucov, həmin təşkilatın koordinatoru Ümid Abuzərli  gənc fəallar qarşısında duran vəzifələrə diqqət çəkmiş, Nardaranda baş verən hadisələri qətiyyətlə pisləmiş, bir qrup ekstremistin qanunsuz əməlləri nəticəsində baş vermiş hadisəni Azərbaycanın müstəqilliyinə qarşı hərəkət kimi qiymətləndirərək cinayətkarların cəzalandırılmasını tələb etmişlər.
Elmi-praktik konfransın iştirakçıları Azərbaycan Prezidenti cənab İlham Əliyevi möhkəm əmin etmişlər ki, salyanlılar hər zaman dövlətin və dövlətçiliyin yanındadırlar və möhtərəm Prezidentimizin ətrafında daha sıx birləşərək müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmlənməsinə öz töhfələrini verəcəklər

 

 

 

 

 

 

 

Keçidlər