Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda 2015-ci ilin doqquz ayının yekunları müzakirə olundu

22 oktyabr 2015 | 15:00

22 oktyabr 2015-ci il tarixdə Salyan rayon Heydər Əliyev Mərkəzində keçirilən ümumrayon müşavirəsində Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayında respublikanın sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələr geniş müzakirə olunmuş, bu dövrdə rayonun həyatında əldə edilmiş uğurlar və yeni vəzifələr müəyyənləşdirilmişdir.
Rayon İcra hakimiyyəti başçısı yanmında Şura üzvlərinin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, idatə, müəssisə, təşkilatların və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən hesabat yığıncağını giriş sözü ilə açan Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov Nazirlər Kabinetinin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə keçirilən iclası barədə ətraflı məlumat vermiş, ilin əvvəlindən ölkənin sosial-iqtisadi inkişafında baş vermiş dinamik inkişaf prosesinin başlıca parametrlərindən söz açan açmışdır. O bildirmişdir ki,  bütün bunlar əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilən tərəqqi və inkişaf siyasətinin bariz nəticəsidir. Belə ki, ölkədə iqtisadiyyat 3,7 faiz artmış, qeyri-neft iqtisadiyyatında artım 6 faizdən çox olmuşdur ki, bu da aparılan uğurlu islahatların nəticəsidir. Sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi isə 10,2 faizdən çox artmışdır. Bu ilin doqquz ayında ölkədə 34 məktəb, 26 uşaq bağçası, 11 tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. RİH başçısı Tahir Kərimov qeyd etmişdir ki, ölkəmizin iqtisadi qüdrətinin artması, Azərbaycanın hər bir yerində müşahidə olunan davamlı inkişaf Salyan rayonunda da aydın hiss olunur. Belə ki, bu ilin doqquz ayında rayonda əhəmiyyətli infrastruktur və sosial layihələr həyata keçirilmiş, geniş abadlıq-quruculuq işləri davam etdirilmiş, bütün istiqamətlərdə uğurlar əldə olunmuş, insanların rifahı daha da yaxşılaşmışdır. Vurğulanmışdır ki, bu ilin doqquz ayında rayonun ərazisində abadlıq-quruculuq işləri davam etmişdir.
Hesabat yığıncağında qeyd olunmuşdur ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə 2015-ci il respublikamızda «Kənd təsərrüfatı ili» elan edilmişdir. Rayonda da ərzaq bolluğunun yaradılması istiqamətində bir sıra işlər görülmüşdür. Rayon üzrə hər hektardan məhsuldarlıq 32,3 sentner olmaqla 19.736 hektar taxıl sahəsindən 63.693 ton taxıl istehsal olunmuşdur. Gələn ilin məhsulu üçün bu ilin payızında hələlik 2.765 hektar sahədə şum aparılmışdır. Bu ilin oktyabr ayının 1-nə kimi rayonda iribuynuzlu heyvanların baş sayı 62.548-dir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur. Qoyun və keçilərin sayı isə 182.468 baş olmuşdur. Ət istehsalı diri çəkidə 5.826 ton, yumurta istehsalı 25 milyon 120 ədəd, yun istehsalı 346 ton, süd istehsalı isə 31.415 ton olmuşdur.
Hesabat yığıncağında RİH başçısının I müavini Etibar Hüseynov, Salyan rayon mərkəzi xəstəxanasının baş həkimi Hüseynağa Həsənov, Salyan rayon təhsil şöbəsinin müdir əvəzi Xudaverdi Piriyev çıxış etmişlər.
İclasda müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul edilmişdir 
Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov hesabat yığıncağına yekun nitqi etmişdir.

 

 

Keçidlər