Şriftin ölçüsü :

Saytın rəngi :

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Salyanda təntənəli tədbir keçirilmişdir.

05 oktyabr 2015 | 15:00

Tədbir iştirakçıları öncə Heydər Əliyev parkına gələrək Ümummilli Liderin abidəsi önünə tər gül-çiçək dəstələri düzmüş, onun Azərbaycan təhsilinin inkişafındakı rolunu böyük ehtiramla yad etmişlər.
Müəllimlər Gününə həsr edilmiş mərasim Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov rayon müəllimlərini peşə bayramları münasibətilə təbrik edərək bildirmişdir ki, Azərbaycan xalqının milli təfəkküründə müəllimlərimizin rolu əvəzsizdir. Məhz ona görə də cəmiyyətimiz bu şərəfli peşə sahiblərinə böyük hörmətlə yanaşır, əməklərini uca tuturlar.
Musiqili-ədəbi proqramla davam edən tədbirdə TİAHİ rayon komitəsinin sədri Yaqut Ələsgərova, rayon ziyalılar birliyi ictimai təşkilatının sədri Allahverdi Piriyev, əlamətdar gün ərəfəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən «Tərəqqi» medalına layiq görülmüş İdris Əzizov çıxış edərək müəllimləri əlamətdar gün münasibətilə təbrik etmişlər. Qeyd edilmişdir ki, cari tədris ilində məzunlardan 360 nəfəri ali məktəblərə, 100 nəfərə yaxını isə orta ixtisas məktəblərinə daxil olmuşdur. 26 nəfər məzun 600 baldan yuxarı nəticə göstərmişdir. Bu il 682 balla ali məktəbə daxil olmuş Kürqaraqaşlı kənd orta məktəbinin məzunu Elnur Qədirli  Prezident təqaüdünə layiq görülmüşdür. Yuxarı Noxudlu kənd tam orta məktəbinin məzunu Ayşən Səfərəliyeva Təhsil nazirinin əmri ilə «Qızıl» medalla təltif edilmişdir. Tədbirdə təhsildə və pedaqoji işdə fərqlənən bir qrup müəllimə RİH-in Fəxri Fərmanları təqdim edilmişdir.
Qeyd edilmişdir ki, son dövrdə rayonda 10 məktəb üçün yeni bina və əlavə korpuslar tikilmiş, 13 məktəbdə əsaslı təmir işləri aparılmışdır. Yaradılmış şərait təhsil sahəsində yeni uğurların qazanılacağından xəbər verir. Heydər Əliyev Mərkəzində çay süfrəsi arxasında keçirilən tədbirin iştirakçıları  şən musiqilərə qulaq asmış,  rəqs etmişlər.
5 oktyabr – Beynəlxalq Müəllimlər Günü Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov, RİH başçısı yanında Şuranın üzvləri, TİAHİ rayon komitəsinin sədri Yaqut Ələsgərova təqaüddə olan  qabaqcıl müəllim Məhəmməd Ağayevə mənzilində evində olmuş, onu əlamətdar gün münasibətilə təbrik etmiş, cansağlığı və uzun ömür arzulamışlar.

 

Keçidlər