Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərin Regional Forumu

02 oktyabr 2015 | 15:00

2 oktyabr 2015-ci il tarixində Salyan rayonunda Gənclər üçün Təhsil Mərkəzi tərəfindən Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun, Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin tərəfdaşlığı ilə «Narkomaniyaya qarşı mübarizə üzrə gənclərin Regional Forumu» keçirilmişdir.  Şirvan şəhərindən, Hacıqabul, Salyan, Saatlı, İmişli, Kürdəmir, Sabirabad, Ucar, Beyləqan, Yevlax və Ağsu rayonlarından 300-ə yaxın yeniyetmə və gəncin iştirak etdiyi Forumun əsas məqsədi region gənclərinin sağlamlıq məsələlərinə diqqəti artırmaq, sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə işləri aparmaq, bu sahədə yeni təşəbbüslərin formalaşmasına dəstək vermək, o cümlədən gənclər arasında narkomaniyaya qarşı mübarizə üzrə birgə əməkdaşlıq imkanları yaratmaq idi.
Dövlət Himninin səslənməsi ilə başlayan Forumu Salyan rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov açaraq Forumun işinə uğurlar arzulamışdır. Sonra Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə, BMT-nin Azərbaycandakı nümayəndəsinin strateji tərəfdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının nümayəndəsi Rafiq Allahverdiyev, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov, Yeni Azərbaycan Partiyasının Gənclər birliyinin nümayəndəsi Ümid Abuzərli və digər nümayəndələr çıxış edərək narkomaniyanın zərərləri, region üçün xarakterik fəsadları və sağlam həyat tərzinin təbliğində ictimaiyyətin, gənclərin üzərinə düşən vəzifələrdən danışmışlar.
Forumun ikinci hissəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri çıxış edərək narkomaniyaya qarşı ölkədə aparılan mübarizə tədbirlərindən danışmış, bu bəşəri bəlanın fəsadlarını görüntüləyən videoçarx nümayiş etdirmişlər.

 

 

 


 

 

Keçidlər