Şriftin ölçüsü :

Saytın rəngi :

Qurban bayramı münasibətilə RİH başçısının rayon sakinlərinə təbriki

23 sentyabr 2015 | 15:00

Hörmətli rayonumuzun sakinləri!
Sizi dünya müsəlmanlarının mənəvi birlik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və istəklərimi yetirir, ailələrinizdə mehribançılığın və səmimiyyətin bərqərar olmasını arzulayıram.
Xeyirxahlığın, bərabərliyin, fədakarlığın simvolu olan Qurban bayramı Uca Yaradanın bəşəriyyət üçün hidayət yolu seçdiyi islamın əsas bayramlarından biri kimi insanları həmişə sülhə, əmin-amanlığa və dözümlülüyə dəvət edir.
Qurban bayramı ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqının ən böyük mənəvi dəyərlərindən hesab etdiyi islam dininin müqəddəs bayramlarından biridir. Ona görə də ulu öndərimiz Heydər Əliyev 1993-cü ilin 15 iyununda ikinci dəfə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu bayram ölkəmizdə çox yüksək səviyyədə keçirilir. Xalqımız Ulu Öndərin rəhbərliyi altında daha sıx birləşərək adət-ənənələrinə, dəyərlərinə möhkəm bağlanmış, əldə etdiyi bir çox demokratik prinsiplərlə yanaşı, müqəddəs bayramlarını da azad şəkildə keçirmək hüququ qazanmışdır.
Cəmiyyətimizdə humanizm və qardaşlıq duyğularını daha da gücləndirən Qurban mərasimləri hər il Azərbaycanda yüksək əhval-ruhiyyə və böyük təntənə ilə keçirilir. Bu günlər möhtərəm Prezidentimiz zati-aliləri cənab İlham Əliyevin dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün həyata keçirdiyi qlobal daxili və xarici siyasətin nəticəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətlərindən birinə çevrilmişdir. Bu əziz günlərdə Azərbaycan xalqı öz Prezidentinin ətrafında daha sıx birləşərək xeyirxah niyyətlərin həyata keçirilməsi üçün qüvvə və səylərini əsirgəmir.
Əziz salyanlılar!
Mübarək Qurban bayramı münasibətilə Sizə səmimi təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!

Tahir KƏRİMOV,
Salyan rayon İcra Hakimiyyətinin başçısı.

Keçidlər