Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Bayrağı Günü qeyd olundu

09 noyabr 2012 | 16:00

8 noyabr 2012-ci il tarixdə Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı cənab T.Kərimov, RİH başçısı yanında Şura üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və “N” saylı hərbi hissənin əsgər və zabitləri iştirak etmişlər.
Tədbir iştirakçıları Bayraq meydanından Ümummilli Liderimiz Heydər Əliyev parkına qədər yürüş etmişlər. Sonra yürüş iştirakçıları Ulu öndərin abidəsini ziyarət etmiş, abidə önünə gül-çiçək dəstələri qoymuşlar. Yürüş iştirakçıları Heydər Əliyev Mərkəzində olmuş, ümummilli liderimizlə bağlı eksponatlara tamaşa etmişlər.
 

Keçidlər